3 Nisan 2016 Pazar

A hərifi ilə başlayan atalar sözləri

  • Abad məclis aşığından bəllidir.
  • Abadan kənd tüstüsündən bəlli olar.
  • Abbas Abbasdan, Abbas da kor Abbasdan.
  • Abbasını bəyənməyən beş şahı çıxardar.
  • Abdaldan paşa olmaz, taxtadan maşa.
  • Abdal at mindi, özünü bəy sandı.
  • Abdal düyündən, uşaq oyundan usanmaz.
  • Abdal oynayanda qar yağar.
  • Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
  • Abır harda, çörək orda.
  • Abırsızdan abrını saxla.
  • Ac acı dalayar, tox toxu yalayar.
  • Ac adam özünü oda vurar.
  • Ac adamı qurd yeməz.
  • Ac ayı oynamaz.
  • Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
  • Ac it gəlmiş, tox itin dalın yalayar.
  • Ac toyuq yuxusunda darı görər.
  • Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
  • Aca nə halal, nə haram?!
  • Acı dindirmə, toxu tərpətmə.
  • Acın andı and olmaz.
  • Acın gözü çörək təknəsində olar.
  • Acın imanı olmaz, toxun amanı.
  • Acın qarnı doyar, gözü doymaz.
  • Acın zəhləsi sudan gedər.
  • Acla əcəli gələn söyləşər.
  • Aclığında eldən yeyər, toxluğunda eldən deyər.
  • Aclıq adama oyun öyrədər.
  • Aclıq bir il gedər, minnət min il.
  • Aclıqda darı çörəyi halvadan şirin olur.
  • Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz.
  • Acı danışan şirin söz eşitməz.
  • Acını dadmayan şirini bilməz.
  • Acıq gələr göz qaralar, acıq gedər üz qaralar.
  • Acıqla iş görən zərərin çəkər.
  • Acıqlı başda ağıl olmaz.
  • Acıqlı dilənçinin torbası boş qalar.
  • Acıqlı qalxan ziyanlı oturar.
  • Açaram sandığı, tökərəm pambığı.
  • Açılmamış süfrənin bir eybi var, açılmışın min.
  • Ad adamı bəzəməz, adam adı bəzəyər.
  • Adam adamın şeytanıdır.
  • Adam aşını-işini bilməlidir.
  • Adam hər düşməndən bir ağıl öyrənər.
  • Adam min acını udar bir şirinin xatirinə.
  • Adam olana bir söz yetər.
  • Adam olmayan başqalarını adam saymaz.
  • Adam öz-özünə eliyəni el yığıla eliyə bilməz.
  • Adam paltar ilə tanınmaz.
  • Adam sözdən, uşaq gözdən.
  • Adam yanıla-yanıla öyrənir.
  • Adam var ki, adamların naxışıdı, adam var ki, heyvan ondan yaxşıdı; adam var ki, dindirsən can deyər, adam var ki, dindirməsən yaxşıdı.
  • Adamı dindir, sonra qiymətini ver.
  • Adamı qılınc öldürməz, tənəli söz öldürər.
  • Ağ ağca qara gün üçündü.
  • Ağa dediyin nədir, bəyənmədiyin nədir?
  • Ağa ilə bostan əkənin tağı çiynində bitər.
  • Ağa ilə xanım savaşdı, arada nökərin canı çıxdı.
  • Ağac bar verdikcə başını aşağı əyər.
  • Ağıllı bir dəfə aldanar.
  • Ağıllı fikir edincə, dəli Kürdən keçər.
  • Ağıllı fikirləşincə, dəlinin oğlu bazara gedər.
  • Ağıllı işinə baxar, axmaq dişinə.
  • Ağıllı kişi qışın qeydinə yayda qalar.
  • Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər.
  • Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.
  • Ağır günün daşı ağır olar.
  • Ağlı olan, qışın qeydinə yayda qalar.
  • Ağzına bax tikə kəs.
  • Axtaran tapar, Yoğuran yapar.
  • Alət işlər, əl öyünər, Qılınc işlər, qol öyünər.
  • Allah bir yandan bağlasa, bir yandan açar.
  • Allah verəndə yox yerdən verər.
  • Allah verməyəndə, bəndə neyləsin?
  • Alma öz ağacından uzaq düşməz.
  • Analı qızın işi görünər, anasız qızın dişi.
  • Ananın ərköyün oğlu hambal olar.
  • Anlayan düşmən anlamaz dostdan yaxşıdır.
  • Araq adamı ardan da qoyar, yardan da.
  • Arif olan buluddan da nəm çəkər.
  • Arı yuvasına çöp uzatmazlar.
  • Arıq hara, qoruq hara.
  • Arzu niyyətdən doğar.
  • Aslanın nə erkəyi, nə dişisi.
  • Asta gedən yorulmaz.
  • At oğurlanandan sonra axur nəyə gərək.
  • At olmayan yerdə eşşək də atdır.
  • At ölüb, itlərin bayramıdır.
  • Ata, ana tərbiyə etməyəni həyat tərbiyə edər.
  • Atası turşu yemiş, balasının dişi qamaşmış.
  • Atasını tanımayan Allahını da tanımaz.
  • Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
  • Atı qamçı aparmaz, arpa aparar.
  • Avara qonaq ev yiyəsini də avara qoyar.
  • Ayağı nərdivana bir-bir qoyarlar.
  • Aydınlıq olmayınca kişinin mindiyi atmıdır, eşşəkmidir, bilinməz.
  • Az bilmək istəmirsənsə, çox oxu.
  • Az yeyənin azarı da az olar.
  • Az olsun, üz olsun.
  • Az olsun saz olsun.
  • Aza qane olmayan yoxa çatmaz.
  • Azğınla-pozğuna öyüd-nəsihət kar eləməz.
  • Ağıl ağıldan üstün olar.
  • Ağıl yaşda olmaz, başda olar.
  • Ağıllı baş hər şeydən mənfəət götürər.
  • Ağıllı qəm yeyər, ağılsız qamçı.
  • Ağalıq verimlədir, igidlik vurumla.
  • Ağac əyildi, sındı, igid əyildi, öldü.
  • Aydan arıyam, sudan duru.
  • Alıcı quş dimdiyindən bilinər.
  • Alnım açıq, üzüm ağ.
  • Araba qoş, çarxa dur, Mərd igidə arxa dur.
  • Asta vur, Rasta vur.
  • At ət ilə, igid don ilə.
  • At ölər nalı qalar, İgid ölər namı qalar.
  • Ağıllı düşmən nadan dostdan yaxşıdır.
  • Arxalı köpək qurd basar.
  • Abadan kənd tüstüsündən bilinər.
  • Ağac dibindən su içər.
  • Ağacı içindən qurd yeyər.
  • Ağac meyvəni dəyənə qədər böyüdər.
  • Ağac olan yerdə budaq sınar.
  • Ağac səmtinə yıxılar.
  • Ağac sınanda budaq nəyə gərəkdir?!
  • Ana kimi yar olmaz, Vətən kimi diyar.
  • Anasından ayrı düşən quzunu qurd yeyər.
  • Asılsan da uca budaqdan asıl.
  • Ana, bala ucundan canını oda yaxar.
  • Ana qarnında necə qalıbsan?
  • Anadan əziz yenə anadır.
  • Anadan əmdiyim süd burnumdan gəldi.
  • Analar bizi bu gün üçün doğub.
  • Analı qızın özü böyüyər, Anasız qızın sözü böyüyər.
  • Analı quzu, Xınalı quzu.
  • Anan, bacın kimdir? - Yaxın qonşum.
  • Ananın səbri tükənməz olur.
  • Anasızın gördüyü iş danlaqsız bitməz.
  • Anası gəzən ağacları balası budaq-budaq gəzər.
  • Anasına bax qızını al, Qırağına bax bezini al.
  • Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.
  • Ata-anamı itirdim. Özümü yara yetirdim.
  • Ata-anasına xeyri olmayanın, elə nə xeyri.
  • Ata-ana sözünə baxmayan xoş gün görməz.
  • Ata-ananın canı övlada bağlı olar.
  • Ataya oğul, anaya qul.
  • Ata malına göz dikən ac olar.
  • Atam ilə atanı deyincə, özüm ilə özünü de.
  • Atam gündəni sayır, anam gündədən kəsir.
  • Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülbəşəkər?
  • Ata olmasan, ata qədri bilməzsən.
  • Atı atası ilə tanıdarlar, qatırı anası ilə.
  • Ağzının qaytanı yoxdur.
  • Adam var gözdən qızar, Adam var sözdən qızar.
  • Adam odur ilqarından dönməyə.
  • Adam yıxıldığı yerdən qalxar.
  • Adın nədir? - Rəşid! Birin de, birin eşit!
  • Adamın üzünə baxarlar, halını xəbər alarlar.
  • Ara sözü ev yıxar.
  • Ağzı əyrini boynunun ardından tanımaq olar.
  • Arifə bir işarə, qanmaza min toppuz.
  • Adam adam sayəsində adam olar.
  • Adamın gərək dili ilə ürəyi bir ola.
  • Adamın tamarzısı, Hər kəsin öz arzusu.
  • Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.
  • Allaha əl çatmır, padşaha söz.
  • Allahdan buyruq, Ağzıma quyruq.
  • Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ.
  • Aman istəyənin boynun vurmazlar.
  • Arzu bir, ümid iki.
  • Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər".
  • Atın izi itin izinə qarışmaz.
  • Ac toyuq yuxuda darı görər.
  • Abdalın qarnı doyunca, gözü qapıda qalar
  • Abırlı abrlndan çəkinər, abırsız nədən çəkinər.
  • Abırsızdan abrını gözlə.
  • Ağa gətirər navala, xanım tökər çuvala.
  • Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm.
  • Ağzına çullu dovşan sığışmır.
  • Ağıl çox - pul yox, ağıl yox - pul çox.
  • Ağıllı olan bir dəfə aldanar.
  • Ağır otur, batman gəl.
  • Adam var ki, adamların naxşıdır, Adam var ki, dindirməsən yaxşıdır.
  • Adam olmayan yerdə adamdır.
  • Adamın başına nə bəla gəlsə, dilindən gələr.
  • Adı it dəftərində də yoxdur.
  • Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq.
  • Aza qane olmayan, çoxa çatmaz.
  • Ay doğar gədiyindən, Utan bir dediyindən.
  • Ayı qandı, abid qanmadı.
  • Al - ver deyiblər, al vermə deməyiblər.
  • Ala itdən məşhurdur.
  • Aldığını verməz, bildiyini deməz.
  • Alim olmaq asandır, adam olmaq çətin...
  • Artıq tamah baş yarar.
  • Arı yeyib, namusu atıb dalına.

Hiç yorum yok:

Yorum Gönder