Oksidləşmə-reduksiya reaksiyaları (ing. Reduction-Oxidation; qısa adı:Redox və ya Redox reactions; mənası: Reduction - azaltma, Oxidation - yüksəltmə) - atomların oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara deyilir. Oksidləşdiricidə elektron alınır, reduksiyaedicidə elektron itirilir. Atomlarda oksidləşmə dərəcəsinin dəyişməsi elektronların bir atomdan digərinə keçməsi nəticəsində baş verir. Oksidləşmə zamanı elementin oksidləşmə dərəcəsi artır. Oksidləşmə və reduksiya prosesləri vahid bir prosesin iki hissəsidir. Yəni reduksiya olmadan oksidləşmə və ya əksinə, oksidləşmə olmadan reduksiya gedə bilməz. Qarşılıqlı kimyəvi təsir zamanı elektron qəbul edən maddələr oksidləşdiricilər, əksinə, elektron verən maddələr isə reduksiyaedicilər adlanır. Beləliklə, oksidləşmə-reduksiya prosesində reduksiyaedicinin müəyyən sayda elektronu oksidləşdiriciyə keçir. Nəticədə, reduksiyaedici oksidləşir, oksidləşdirici isə reduksiya olunur.[1]
Xarakteristika
Oksidləşdiricilər və reduksiyaedicilər kimyəvi elementlər, sadə və mürəkkəb ionlar ola bilər. Tipik metallar kimyəvi reaksiyalarda özlərini reduksiyaedici kimi aparır. Hidrogen müxtəlif elementlərlə (qələvi və qələvi-torpaq metallardan başqa) qarşılıqlı kimyəvi təsir zamanı özünü həmçinin tipik metal kimi göstərir. Qeyri-metallardan flüor və oksigen kimyəvi reaksiyalarda elektron qəbul edərək, özlərini yalnız oksidləşdirici kimi aparır. Mənfi yüklü sadə ionlar qarşılıqlı təsir zamanı yalnız elektron itirir və beləliklə də reduksiyaedici xassəyə malik olur. Müsbət yüklü sadə ionlar valent elektronlarını itirən metal atomlarından əmələ gəlir. Belə ionlar elektron qəbul etməklə oksidləşdirici xassə göstərir. Element minimum oksidləşmə dərəcəsində yalnız reduksiyaedici, aralıq oksidləşmə dərəcəsində həm oksidləşdirici, həm də reduksiyaedici, maksimum oksidləşmə dərəcəsində isə yalnız oksidləşdiricidir.
Nümunələr
Flüor və Hidrogen arasında gedən Oksidləşmə-reduksiya reaksiyası
İki reaksiya alınır:
1) Oksidləşmə:
2) Reduksiya:
Oksidləşmə-reduksiya
Oksidləşmə zamanı atomun oksidləşmə dərəcəsi yüksəlir:
Reduksiya zamanı atomun oksidləşmə dərəcəsi azalır::
Növlər
Oksidləşmə-reduksiya reaksiyaları 4 növü var:
- Molekullararası
- Molekuldaxili
- Öz-özünə (adsorbsiya)
- Əks öz-özünə (kommutasiya)
Müddəalar
Oksidləşmə-reduksiya reaksiyalar nəzəriyyəsinin aşağıdakı 5 əsas müdəası vardır. Onlar aşağıdakılardan ibarətdir:
- Atom, molekul və ya ionların özlərindən elektron verməsi Oksidləşmə adlanır.
- Atom, molekul və ya ionların özlərinə elektron birləşdirməsinə Reduksiya deyilir.
- Elektron verən atom, molekul və ya ion Reduksiyaedici adlanır.
- Bir maddənin oksidləşməsi digərinin reduksiyası ilə, əksinə, bir maddənin reduksiyası digərinin oksidləşməsi ilə müşayiət olunur.
- Reduksiyaedicinin verdiyi elektronların sayı, oksidləşdiricinin aldığı elektronların sayına bərabər olur.