3 Nisan 2016 Pazar

Oksidləşmə-reduksiya reaksiyaları


Oksidləşmə-reduksiya reaksiyaları (ing. Reduction-Oxidation; qısa adı:Redox və ya Redox reactions; mənası: Reduction - azaltma, Oxidation - yüksəltmə) - atomların oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara deyilir. Oksidləşdiricidə elektron alınır, reduksiyaedicidə elektron itirilir. Atomlarda oksidləşmə dərəcəsinin dəyişməsi elektronların bir atomdan digərinə keçməsi nəticəsində baş verir. Oksidləşmə zamanı elementin oksidləşmə dərəcəsi artır. Oksidləşmə və reduksiya prosesləri vahid bir prosesin iki hissəsidir. Yəni reduksiya olmadan oksidləşmə və ya əksinə, oksidləşmə olmadan reduksiya gedə bilməz. Qarşılıqlı kimyəvi təsir zamanı elektron qəbul edən maddələr oksidləşdiricilər, əksinə, elektron verən maddələr isə reduksiyaedicilər adlanır. Beləliklə, oksidləşmə-reduksiya prosesində reduksiyaedicinin müəyyən sayda elektronu oksidləşdiriciyə keçir. Nəticədə, reduksiyaedici oksidləşir, oksidləşdirici isə reduksiya olunur.[1]

Xarakteristika

Oksidləşdiricilər və reduksiyaedicilər kimyəvi elementlər, sadə və mürəkkəb ionlar ola bilər. Tipik metallar kimyəvi reaksiyalarda özlərini reduksiyaedici kimi aparır. Hidrogen müxtəlif elementlərlə (qələvi və qələvi-torpaq metallardan başqa) qarşılıqlı kimyəvi təsir zamanı özünü həmçinin tipik metal kimi göstərir. Qeyri-metallardan flüor və oksigen kimyəvi reaksiyalarda elektron qəbul edərək, özlərini yalnız oksidləşdirici kimi aparır. Mənfi yüklü sadə ionlar qarşılıqlı təsir zamanı yalnız elektron itirir və beləliklə də reduksiyaedici xassəyə malik olur. Müsbət yüklü sadə ionlar valent elektronlarını itirən metal atomlarından əmələ gəlir. Belə ionlar elektron qəbul etməklə oksidləşdirici xassə göstərir. Element minimum oksidləşmə dərəcəsində yalnız reduksiyaedici, aralıq oksidləşmə dərəcəsində həm oksidləşdirici, həm də reduksiyaedici, maksimum oksidləşmə dərəcəsində isə yalnız oksidləşdiricidir.

Nümunələr

Flüor və Hidrogen arasında gedən Oksidləşmə-reduksiya reaksiyası

 \stackrel{0}{\mbox {H}}_{2} + \stackrel{0}{\mbox {F}}_{2} \rightarrow 2\stackrel{+1}{\mbox {H}} \stackrel{-1}{\mbox {F}}
İki reaksiya alınır:
1) Oksidləşmə:
 {\mbox  {H}}_{2}^{0} - 2{\mbox {e}}^{-} \rightarrow 2 {\mbox {H}}^{+}
2) Reduksiya:
 {\mbox  {F}}_{2}^{0} + 2{\mbox {e}}^{-} \rightarrow 2 {\mbox {F}}^{-}

Oksidləşmə-reduksiya

Oksidləşmə zamanı atomun oksidləşmə dərəcəsi yüksəlir:

 {\mbox  {H}}_{2}^{0} - 2{\mbox {e}}^{-} \rightarrow 2 {\mbox {H}}^{+}
 {\mbox {S}}^{-2} - 2{\mbox {e}}^{-} \rightarrow {\mbox  {S}}^{0} \downarrow
 {\mbox {Al}}^{0} - 3{\mbox {e}}^{-} \rightarrow {\mbox  {Al}}^{+3}
 {\mbox {Fe}}^{+2} - {\mbox {e}}^{-} \rightarrow {\mbox  {Fe}}^{+3}
 2{\mbox {Hal}}^{-} - 2{\mbox {e}}^{-} \rightarrow {\mbox  {Hal}}_{2}^{0}
Reduksiya zamanı atomun oksidləşmə dərəcəsi azalır::
 {\mbox  {Hal}}_{2}^{0} + 2{\mbox {e}}^{-} \rightarrow 2{\mbox {Hal}}^{-}
 {\mbox  {O}}_{2}^{0} + 4{\mbox {e}}^{-} \rightarrow 2{\mbox {O}}^{-2}
 {\mbox  {Mn}}^{+7} + 5{\mbox {e}}^{-} \rightarrow {\mbox {Mn}}^{+2}
 {\mbox  {Mn}}^{+4} + 2{\mbox {e}}^{-} \rightarrow {\mbox {Mn}}^{+2}
 {\mbox  {Cr}}^{+6} + 6{\mbox {e}}^{-} \rightarrow {\mbox {Cr}}^{0}

Növlər

Oksidləşmə-reduksiya reaksiyaları 4 növü var:
  1. Molekullararası
  2. Molekuldaxili
  3. Öz-özünə (adsorbsiya)
  4. Əks öz-özünə (kommutasiya)

Müddəalar

Oksidləşmə-reduksiya reaksiyalar nəzəriyyəsinin aşağıdakı 5 əsas müdəası vardır. Onlar aşağıdakılardan ibarətdir:
  1. Atom, molekul və ya ionların özlərindən elektron verməsi Oksidləşmə adlanır.
  2. Atom, molekul və ya ionların özlərinə elektron birləşdirməsinə Reduksiya deyilir.
  3. Elektron verən atom, molekul və ya ion Reduksiyaedici adlanır.
  4. Bir maddənin oksidləşməsi digərinin reduksiyası ilə, əksinə, bir maddənin reduksiyası digərinin oksidləşməsi ilə müşayiət olunur.
  5. Reduksiyaedicinin verdiyi elektronların sayı, oksidləşdiricinin aldığı elektronların sayına bərabər olur.

Elm,bilik və ağıl haqqında atalar sözləri

  • Ağıllı fikir edincə, dəli Kürdən keçər.
  • Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
  • Ağıl ağıldan üstün olar.
  • Ağıl yaşda olmaz, başda olar.

  • Ağıllı baş hər şeydən mənfəət götürər.
  • Ağıllı qəm yeyər, ağılsız qamçı.
  • Bacarıq ağılın nişanəsidir.
  • Baxmaqla öyrənmək olsa, it də qəssab olar.
  • Bilmədiyini biləndən soruş.
  • Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
  • Ədəb bazarda satılmaz...
  • Göz görmək üçün, ağıl bilmək üçün.
  • Hər oxuyan Molla Pənah olmaz.
  • Qafil yaşamaqdan ölmək yaxşıdır.
  • Qələm qılıncdan itidir.
  • Qələm əyri yonulsa da düz yazar.
  • Qələmin ucu, qılıncın gücü.
  • Qələm yazanı qılınc poza bilməz.
  • Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
  • Savadsız adam kor kimidir.
  • Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram".

A hərifi ilə başlayan atalar sözləri

  • Abad məclis aşığından bəllidir.
  • Abadan kənd tüstüsündən bəlli olar.
  • Abbas Abbasdan, Abbas da kor Abbasdan.
  • Abbasını bəyənməyən beş şahı çıxardar.
  • Abdaldan paşa olmaz, taxtadan maşa.
  • Abdal at mindi, özünü bəy sandı.
  • Abdal düyündən, uşaq oyundan usanmaz.
  • Abdal oynayanda qar yağar.
  • Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
  • Abır harda, çörək orda.
  • Abırsızdan abrını saxla.
  • Ac acı dalayar, tox toxu yalayar.
  • Ac adam özünü oda vurar.
  • Ac adamı qurd yeməz.
  • Ac ayı oynamaz.
  • Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.
  • Ac it gəlmiş, tox itin dalın yalayar.
  • Ac toyuq yuxusunda darı görər.
  • Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.
  • Aca nə halal, nə haram?!
  • Acı dindirmə, toxu tərpətmə.
  • Acın andı and olmaz.
  • Acın gözü çörək təknəsində olar.
  • Acın imanı olmaz, toxun amanı.
  • Acın qarnı doyar, gözü doymaz.
  • Acın zəhləsi sudan gedər.
  • Acla əcəli gələn söyləşər.
  • Aclığında eldən yeyər, toxluğunda eldən deyər.
  • Aclıq adama oyun öyrədər.
  • Aclıq bir il gedər, minnət min il.
  • Aclıqda darı çörəyi halvadan şirin olur.
  • Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olmaz.
  • Acı danışan şirin söz eşitməz.
  • Acını dadmayan şirini bilməz.
  • Acıq gələr göz qaralar, acıq gedər üz qaralar.
  • Acıqla iş görən zərərin çəkər.
  • Acıqlı başda ağıl olmaz.
  • Acıqlı dilənçinin torbası boş qalar.
  • Acıqlı qalxan ziyanlı oturar.
  • Açaram sandığı, tökərəm pambığı.
  • Açılmamış süfrənin bir eybi var, açılmışın min.
  • Ad adamı bəzəməz, adam adı bəzəyər.
  • Adam adamın şeytanıdır.
  • Adam aşını-işini bilməlidir.
  • Adam hər düşməndən bir ağıl öyrənər.
  • Adam min acını udar bir şirinin xatirinə.
  • Adam olana bir söz yetər.
  • Adam olmayan başqalarını adam saymaz.
  • Adam öz-özünə eliyəni el yığıla eliyə bilməz.
  • Adam paltar ilə tanınmaz.
  • Adam sözdən, uşaq gözdən.
  • Adam yanıla-yanıla öyrənir.
  • Adam var ki, adamların naxışıdı, adam var ki, heyvan ondan yaxşıdı; adam var ki, dindirsən can deyər, adam var ki, dindirməsən yaxşıdı.
  • Adamı dindir, sonra qiymətini ver.
  • Adamı qılınc öldürməz, tənəli söz öldürər.
  • Ağ ağca qara gün üçündü.
  • Ağa dediyin nədir, bəyənmədiyin nədir?
  • Ağa ilə bostan əkənin tağı çiynində bitər.
  • Ağa ilə xanım savaşdı, arada nökərin canı çıxdı.
  • Ağac bar verdikcə başını aşağı əyər.
  • Ağıllı bir dəfə aldanar.
  • Ağıllı fikir edincə, dəli Kürdən keçər.
  • Ağıllı fikirləşincə, dəlinin oğlu bazara gedər.
  • Ağıllı işinə baxar, axmaq dişinə.
  • Ağıllı kişi qışın qeydinə yayda qalar.
  • Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər.
  • Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.
  • Ağır günün daşı ağır olar.
  • Ağlı olan, qışın qeydinə yayda qalar.
  • Ağzına bax tikə kəs.
  • Axtaran tapar, Yoğuran yapar.
  • Alət işlər, əl öyünər, Qılınc işlər, qol öyünər.
  • Allah bir yandan bağlasa, bir yandan açar.
  • Allah verəndə yox yerdən verər.
  • Allah verməyəndə, bəndə neyləsin?
  • Alma öz ağacından uzaq düşməz.
  • Analı qızın işi görünər, anasız qızın dişi.
  • Ananın ərköyün oğlu hambal olar.
  • Anlayan düşmən anlamaz dostdan yaxşıdır.
  • Araq adamı ardan da qoyar, yardan da.
  • Arif olan buluddan da nəm çəkər.
  • Arı yuvasına çöp uzatmazlar.
  • Arıq hara, qoruq hara.
  • Arzu niyyətdən doğar.
  • Aslanın nə erkəyi, nə dişisi.
  • Asta gedən yorulmaz.
  • At oğurlanandan sonra axur nəyə gərək.
  • At olmayan yerdə eşşək də atdır.
  • At ölüb, itlərin bayramıdır.
  • Ata, ana tərbiyə etməyəni həyat tərbiyə edər.
  • Atası turşu yemiş, balasının dişi qamaşmış.
  • Atasını tanımayan Allahını da tanımaz.
  • Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
  • Atı qamçı aparmaz, arpa aparar.
  • Avara qonaq ev yiyəsini də avara qoyar.
  • Ayağı nərdivana bir-bir qoyarlar.
  • Aydınlıq olmayınca kişinin mindiyi atmıdır, eşşəkmidir, bilinməz.
  • Az bilmək istəmirsənsə, çox oxu.
  • Az yeyənin azarı da az olar.
  • Az olsun, üz olsun.
  • Az olsun saz olsun.
  • Aza qane olmayan yoxa çatmaz.
  • Azğınla-pozğuna öyüd-nəsihət kar eləməz.
  • Ağıl ağıldan üstün olar.
  • Ağıl yaşda olmaz, başda olar.
  • Ağıllı baş hər şeydən mənfəət götürər.
  • Ağıllı qəm yeyər, ağılsız qamçı.
  • Ağalıq verimlədir, igidlik vurumla.
  • Ağac əyildi, sındı, igid əyildi, öldü.
  • Aydan arıyam, sudan duru.
  • Alıcı quş dimdiyindən bilinər.
  • Alnım açıq, üzüm ağ.
  • Araba qoş, çarxa dur, Mərd igidə arxa dur.
  • Asta vur, Rasta vur.
  • At ət ilə, igid don ilə.
  • At ölər nalı qalar, İgid ölər namı qalar.
  • Ağıllı düşmən nadan dostdan yaxşıdır.
  • Arxalı köpək qurd basar.
  • Abadan kənd tüstüsündən bilinər.
  • Ağac dibindən su içər.
  • Ağacı içindən qurd yeyər.
  • Ağac meyvəni dəyənə qədər böyüdər.
  • Ağac olan yerdə budaq sınar.
  • Ağac səmtinə yıxılar.
  • Ağac sınanda budaq nəyə gərəkdir?!
  • Ana kimi yar olmaz, Vətən kimi diyar.
  • Anasından ayrı düşən quzunu qurd yeyər.
  • Asılsan da uca budaqdan asıl.
  • Ana, bala ucundan canını oda yaxar.
  • Ana qarnında necə qalıbsan?
  • Anadan əziz yenə anadır.
  • Anadan əmdiyim süd burnumdan gəldi.
  • Analar bizi bu gün üçün doğub.
  • Analı qızın özü böyüyər, Anasız qızın sözü böyüyər.
  • Analı quzu, Xınalı quzu.
  • Anan, bacın kimdir? - Yaxın qonşum.
  • Ananın səbri tükənməz olur.
  • Anasızın gördüyü iş danlaqsız bitməz.
  • Anası gəzən ağacları balası budaq-budaq gəzər.
  • Anasına bax qızını al, Qırağına bax bezini al.
  • Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.
  • Ata-anamı itirdim. Özümü yara yetirdim.
  • Ata-anasına xeyri olmayanın, elə nə xeyri.
  • Ata-ana sözünə baxmayan xoş gün görməz.
  • Ata-ananın canı övlada bağlı olar.
  • Ataya oğul, anaya qul.
  • Ata malına göz dikən ac olar.
  • Atam ilə atanı deyincə, özüm ilə özünü de.
  • Atam gündəni sayır, anam gündədən kəsir.
  • Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülbəşəkər?
  • Ata olmasan, ata qədri bilməzsən.
  • Atı atası ilə tanıdarlar, qatırı anası ilə.
  • Ağzının qaytanı yoxdur.
  • Adam var gözdən qızar, Adam var sözdən qızar.
  • Adam odur ilqarından dönməyə.
  • Adam yıxıldığı yerdən qalxar.
  • Adın nədir? - Rəşid! Birin de, birin eşit!
  • Adamın üzünə baxarlar, halını xəbər alarlar.
  • Ara sözü ev yıxar.
  • Ağzı əyrini boynunun ardından tanımaq olar.
  • Arifə bir işarə, qanmaza min toppuz.
  • Adam adam sayəsində adam olar.
  • Adamın gərək dili ilə ürəyi bir ola.
  • Adamın tamarzısı, Hər kəsin öz arzusu.
  • Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.
  • Allaha əl çatmır, padşaha söz.
  • Allahdan buyruq, Ağzıma quyruq.
  • Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ.
  • Aman istəyənin boynun vurmazlar.
  • Arzu bir, ümid iki.
  • Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər".
  • Atın izi itin izinə qarışmaz.
  • Ac toyuq yuxuda darı görər.
  • Abdalın qarnı doyunca, gözü qapıda qalar
  • Abırlı abrlndan çəkinər, abırsız nədən çəkinər.
  • Abırsızdan abrını gözlə.
  • Ağa gətirər navala, xanım tökər çuvala.
  • Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm.
  • Ağzına çullu dovşan sığışmır.
  • Ağıl çox - pul yox, ağıl yox - pul çox.
  • Ağıllı olan bir dəfə aldanar.
  • Ağır otur, batman gəl.
  • Adam var ki, adamların naxşıdır, Adam var ki, dindirməsən yaxşıdır.
  • Adam olmayan yerdə adamdır.
  • Adamın başına nə bəla gəlsə, dilindən gələr.
  • Adı it dəftərində də yoxdur.
  • Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq.
  • Aza qane olmayan, çoxa çatmaz.
  • Ay doğar gədiyindən, Utan bir dediyindən.
  • Ayı qandı, abid qanmadı.
  • Al - ver deyiblər, al vermə deməyiblər.
  • Ala itdən məşhurdur.
  • Aldığını verməz, bildiyini deməz.
  • Alim olmaq asandır, adam olmaq çətin...
  • Artıq tamah baş yarar.
  • Arı yeyib, namusu atıb dalına.